AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Netanyahu ilə mübahisə edib?

  • + A
  • - A
  • Bu gün, 10:06

    Tramp Netanyahu ilə mübahisə edib?

    İrana zərbələr məsələsi iki lider arasında fikir ayrılığı yaradıb.

    ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığının gərgin keçdiyi iddia edilir.

    “The Independent” və “Ynet” nəşrlərinin məlumatına görə, tərəflər İrana qarşı hərbi əməliyyatların yenidən başlanması məsələsində razılığa gələ bilməyiblər.

    Məlumata əsasən, Netanyahu hərbi zərbələrin bərpasını dəstəkləyib və Trampı bu istiqamətdə addım atmağa çağırıb. ABŞ Prezidenti isə diplomatik yolun davam etdirilməsinin tərəfdarı olub.

    Mənbələr müzakirənin olduqca gərgin keçdiyini bildiriblər.

    “Financial Times” daha əvvəl Netanyahunun münaqişənin yenidən başlanmasına nail olmaq üçün Trampa mütəmadi zənglər etdiyini yazmışdı.

    İsrail Baş nazirinin ofisi isə iki lider arasında telefon danışığının qarşıdurma şəraitində keçdiyi barədə məlumatları təkzib edib. Rəsmi açıqlamada söhbətin çətin müzakirə olmadığı bildirilib.

    Ağ Evin sözçüsü “Fox News”a açıqlamasında ABŞ-nin güclü mövqedə olduğunu və Trampın bütün təsir imkanlarını qoruduğunu deyib.

    Qeyd edək ki, Tramp iyun ayında da Netanyahu ilə Livandakı münaqişəni müzakirə etdiyini və ona müharibəni dayandırmağı tövsiyə etdiyini açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR