AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqtonda Trampın sözünü “çeynədilər" — ŞOK BƏYANAT

  • + A
  • - A
  • 28-11-2017, 10:17

    Vaşinqtonda Trampın sözünü “çeynədilər" — ŞOK BƏYANAT













    ABŞ-dan ölkə başçısı Donald Trampın sözlərinə zidd açıqlama verilib.
    Rəsmi Vaşinqton Suriyada kürd terrorçuları ilə münasibətləri davam etdirəcəyini bəyan edib. Verilən məlumata görə, Amerika Suriyada PKK-nın davamçıları olan PYD və YPG təşkilatları ilə əlaqələrin davam etdiriləcəyini bildirib.

    “Suriyada kürd bağlantılı qruplarla tərəfdaşlığımız davam edəcək. Bu əlaqələr əsasən hərbi məsələlərdə olacaq. PYD və YPG terror təşkilatları lazım olan zaman silahla tam təmin ediləcək”, - deyə məlumatda bildirilib.
    Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda danışarkən kürdlərə silah verilməyəcəyini bildirib. Onun sözlərinə görə, Suriyada terorçularla mübarizəyə son verildiyi halda, kürd qruplarına heç bir silah verilməyəcək. Tramp həmçinin bildirib ki, kürdlərlə hərbi əməkdaşlığa da son qoyulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR