Moskvada “Wildberries” ofisində baş verən atışma nəticəsində iki nəfər ölüb, daha yeddi nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
“İlkin məlumatlara görə, sentyabrın 18-də Moskvada yerləşən “Wildberries” onlayn mağazasının ofisində atışma baş verib, nəticədə 7 nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının 2 əməkdaşı yaralanıb, iki nəfər isə aldığı xəsarətlərdən ölüb. Bütün zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib, onlara lazımi yardım göstərilir”, – məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda şahidlər dindirilir və müşahidə kameralarının görüntüləri araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.