AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır

  • + A
  • - A
  • 3-01-2025, 09:31

    Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır

    "AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer” tipli təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır".

    Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ана тілі” nəşrinə müsahibəsində bildirib.

    Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR