AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Rusiya ilə Ukraynadakı vəziyyəti nizamlamaq üçün nə etməyə hazır olduğunu müzakirə etmək istəyir

  • + A
  • - A
  • Bu gün, 09:03

    ABŞ Rusiya ilə Ukraynadakı vəziyyəti nizamlamaq üçün nə etməyə hazır olduğunu müzakirə etmək istəyir

    Rusiya ilə növbəti danışıqlarda ABŞ Moskvanın Ukraynadakı münaqişənin həlli üçün nə etməyə hazır olduğunu müzakirə etməyi gözləyir.

    Bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.

    Onun sözlərinə görə, Ər-Riyadda keçirilən danışıqlarda Rusiya nümayəndələri açıq şəkildə bildiriblər ki, Moskva Ukraynadakı münaqişənin düzgün şərtlərlə bitməsində maraqlıdır:

    “Biz bu şərtlərin nə olduğunu müzakirə etməmişik. Beləliklə, növbəti addım müəyyən bir mərhələdə onlarla yenidən görüşmək, lazımi insanları toplamaq və münaqişəyə son qoymaq üçün Rusiyadan nə tələb olunacağını müəyyənləşdirməyə başlamaqdır. Eyni sual Ukraynaya da veriləcək”.

    Rubio əlavə edib ki, BMT Baş Assambleyasının qətnamələri Ukraynadakı münaqişənin həllinə kömək etmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR