AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Biz Xocalıdayıq, siz haradasınız?” - Xocalının deputatından Koçaryanla Sarkisyana ÇAĞIRIŞ

  • + A
  • - A
  • Bu gün, 19:54

    “Biz Xocalıdayıq, siz haradasınız?” -

    Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində bölgənin keçmiş icra başçısı, hazırda Milli Məclisin Ağdam-Xocalı seçki dairəsi üzrə deputatı Elman Məmmədov Modern.az-ın redaksiyasında qonaq olub.

    O, Xocalı soyqırımından, Xocalının keçmişi, bu günü və gələcəyindən danışıb.

    Müsahibənin bir hissəsini təqdim edirik:

    - İşğal dövründə ermənilər Xocalıda bütün qəbirləri dağıdıb, yerlə yeksan ediblər. Hətta qızıl axtarıb-tapmaq üçün bütün qəbirləri qazıblar. Bir müddət öncə həyat yoldaşımla Xocalıya gedirdim. Atamın-qardaşımın qəbrinə adları yazılan dəmirdən lövhə düzəltmişdik, onları aparırdım ki məzarları bilinsin.

    Yol boyu Ermənistanın vaxtilə işğal etdiyi ərazilərimizdə tikdiyi dəbdəbəli evləri gördüm. Həmin evlərdən biri də Xocalıda soyqırımı törədənlərdən biri Vitali Balasanyana aid olub. Balasanyanın evi Əsgərandadır, ora çatanda maşını saxlayıb onun evində dayanıb dedim: "Mən buradayam, sənin evinin yanında durmuşam. Sən haradasan?"

    Mən Sarksiyanı da, Köçəryanı da tanıyırdım, onlarla birlikdə çörək belə yemişdik, zəhərləri olsun. Sonra da Qarabağı işğal edib, xalqı öz dədə-baba yurdundan didərgin salmaları bəs deyilmiş kimi soyqırım da törətdilər, ananın gözü qabağında övladının başını kəsdilər, uşaqların yanında ana-atalarını yandırdılar. İni onlara da çağırış edirəm, bu gün biz Azərbaycandayıq, Xocalıdayıq, siz haradasınız?

    İlahi ədalətə və dövlətimizin gücünə inamım sonsuzdur, bu səbəbdən ən qısa zamanda Arayik Harutyunyan, Ruben Vardanyan kimi Sarkisyan, Koçaryan, Ter-Petrosyan da Bakıya gətirilib məhkəmə qarşısına çıxarılacaq.
    Dünən erməni generalı Minasyanın görüntüləri yayılmışdı. İndi mən səbirsizliklə gözləyirəm ki, bizim müvafiq qurumlar Gürcüstanın xüsusi xidmət orqanları ilə əlaqə yaradıb, yerini müəyyən edib, onu Azərbaycana gətirsinlər. Qatilə, hərbi cinayətkara, caniyə söz nə ola bilər? Allahdan arzum odur ki, dövlətimizin gücü ilə onları da gətirək Azərbaycana, mühakimə edək, cəzalarına verək. Əgər dünyada haqq-ədalət varsa, deyilən beynəlxalq məhkəmələr ədalətlidirsə, onları tapıb həbs edib məhkəmə qarşısına çıxarmalıdırlar, amma edirlərmi? Etmirlər? Buna görə də lazımı cavabı da, mühakiməni də özümüz edəcəyik. Onda görəcəklər ki, biz öz yerimizdə - vətənimizdə, Xocalıdayıq, onlar da öz yerində - Bakı təcridxanalarında qalacaqlar.

    Qeyd edək ki, müsahibənin tam versiyası sabah - Xocalı soyqırımının 33-cü ildönümü günündə dərc ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR