AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan səfiri: Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik

  • + A
  • - A
  • Bu gün, 09:19

    Pakistan səfiri: Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik

    Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəy olduğunu bildirib.

    Müvafiq paylaşım diplomatın “X” sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

    "Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir", - paylaşımda deyilir.

    Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

    Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR