AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 5-03-2025, 17:36

    Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək

    Baş prokuror Kamran Əliyev paytaxtın Suraxanı rayonunda vətəndaşları qəbul edəcək.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

    Bildirilib ki,  Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

    Vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR