AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident: Biz Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq

  • + A
  • - A
  • 9-04-2025, 12:24

    Prezident: Biz Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq

    Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Bir yaxşı hekayətə imza atdıq.

    Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

    Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən ddövlətimizin başçısı qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR