AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İkili ixtisaslı müəllimlərə şad xəbər - Sertifikasiyadan bir fənnən imtahan verəcəklər

  • + A
  • - A
  • 10-04-2025, 15:59

    İkili ixtisaslı müəllimlərə şad xəbər - Sertifikasiyadan bir fənnən imtahan verəcəklər

    "İkili ixtisasa malik müəllim yalnız bir ixtisas üzrə sertifikatlaşdırmadan keçibsə, bu, onun növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas meyar kimi müəllimin işə qəbul olunduğu ixtisas götürülür. Bu, eyni zamanda, qanunvericiliyin tələbidir”.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdir müavini Nurlan İsmayıllı deyib.

    "Məsələn, fizika-riyaziyyat ixtisası üzrə çalışan bir müəllim ötən il riyaziyyat fənni üzrə sertifikatlaşdırmadan uğurla keçibsə, artıq bu il fizika fənni üzrə həmin prosesə cəlb olunmayacaq. Bu halda müəllim qarşıdakı beş il ərzində hər iki fənni tədris etmək hüququna malik olacaq”, - o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR