AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvada Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər

  • + A
  • - A
  • 11-04-2025, 10:34

    Moskvada Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər

    Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək illik paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

    Bu iddia ilə Ermənistanın “Joğovurd” qəzeti çıxış edib.

    "Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa sülh sənədi imzalayacaqlar. Paşinyan Alma-Ata bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə qoyduğu üçün imzalanma yeri kimi Qazaxıstan, Alma-Ata təsadüfən seçilməyib. “Joqovurd” qəzeti bu məlumatı Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirməyə çalışıb, lakin o, heç bir cavab verməkdən imtina edib”, – nəşr yazır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR