13 aprel 2025-ci il tarixində İkinci Fəxri Xiyabanda Tovuz rayonunun Qaraxanlı kəndindən olan şəhid Qasımov Hacıəli Tahir oğlunun və onun timsalında bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Azadmedia.az-a daxil olan məlumata görə, anım mərasimində deputat Nizami Səfərov, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və qazilər iştirak ediblər. Tədbirdə Vətən torpaqlarının düşməndən azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş qəhrəmanların xatirəsi dərin hörmətlə yad edilib, ruhlarına dualar oxunub.
Belə ki, Şəhidlərin əziz xatirəsi önündə baş əyən iştirakçılar, həmçinin, Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizə tezliklə şəfa diləyiblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun!











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.