AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq

  • + A
  • - A
  • 17-04-2025, 12:52

    Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq

    Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Hüseynov Mübariz Sabəddin oğlu, digərləri isə Mirzəliyev Ələsgər Fərzalı oğlu və Münasib Mehdiyev Namaz oğludur.

    M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında  dəfn olunacaq. 

     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR