AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanalıq oldu

  • + A
  • - A
  • 21-04-2025, 17:28

    Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanalıq oldu

    Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

    Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

    Bildirilib ki, bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

    Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

    Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR