AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranlı deputat: Azərbaycanla ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq

  • + A
  • - A
  • 1-05-2025, 12:30

     

    İranlı deputat: Azərbaycanla ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq


    İranla Azərbaycan arasında ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq.

    Bunu İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ərdəbil, Nir, Nəmin və Səreyin şəhərlərinin parlamentdəki nümayəndəsi Sadif Bədri deyib.

    Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı iki ölkə rəhbərləri ticarət əlaqələrini beş milyard dollara qədər artırmağı razılaşdırıb.

    S.Bədri bildirib ki, hazırda İran və Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi bir milyard dollardan azdır:

    “İran Prezidentinin Bakıya səfəri zamanı əldə edilmiş razılaşmaya əsasən, bu ilin sonuna qədər iki tərəf arasında ticarət əlaqələrinin səviyyəsinin ən azı bir milyard dollara çatdırılması qərara alınıb".

    Deputat vurğulayıb ki, bu səfərin reallaşması sayəsində iki tərəf arasında investisiya platforması yaradılıb:

    “İran sərmayədarları Azərbaycanın, Azərbaycan investorları da İslam Respublikasının investisiya imkanlarından istifadə edə bilərlər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR