AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə xərclərini 2 dəfə artırıb

  • + A
  • - A
  • 1-05-2025, 16:13

    BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə xərclərini 2 dəfə artırıb

    Bu ilin yanvar-mart aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,4 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

    Bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından yaydığı məlumatda qeyd edilib.

    Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.

    Rüb ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxildir.

    Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə birinci rübdə təxminən 0,2 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

    Bunlara hazırda davam edən 13 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 3 konfrans və seminara dəstək, yəni ümumilikdə 22 layihə daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR