AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək

  • + A
  • - A
  • 17-05-2025, 15:02

    Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək

    Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Albaniyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

    "Biz tərəflər arasında danışıqların davam etdirilməsi və dialoq kanallarının açıq saxlanılması üçün səylərimizi əsirgəməyəcəyik", - o qeyd edib.

    Xatırladaq ki, dünən Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının nəticələrinə əsasən, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir sıra məsələlərin müzakirə olunduğunu, xüsusilə Ukrayna tərəfinin iki ölkənin prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istədiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR