AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alen Simonyan: Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər

  • + A
  • - A
  • 19-05-2025, 13:15

    Alen Simonyan: Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər


    Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında dövlət başçıları formatında danışıqlar keçirilə bilər.

    Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

    "Ermənistan və Azərbaycan arasında müzakirələr davam edir və onların davam etdirilməsi barədə razılıq var. Yaxın zamanda müzakirələrin dövlət başçıları formatında, həmçinin xarici işlər nazirləri formatında davam etdiriləcəyini istisna etmirəm", - o vurğulayıb.

    A.Simonyanın sözlərinə görə, bu proseslər sülh sazişinin imzalanma vaxtını və yerini müəyyən etməyə yönəlib.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR