AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva: 19 May, Bir Millətin Dirçəlişi və Gəncliyə Əmanət Edilən Gələcək

  • + A
  • - A
  • 19-05-2025, 13:39

    Politoloq Ülkər Piriyeva: 19 May, Bir Millətin Dirçəlişi və Gəncliyə Əmanət Edilən Gələcək

    Politoloq Ülkər Piriyeva
    Bakı, 19 may — Azadmedia.az


    Tarix 1919-cu ili göstərdikdə, Anadolunun dörd bir yanı qaranlığa bürünmüş, millətin ümidi zəifləməkdə idi. Lakin məhz elə o anda Samsun sahillərində bir işıq doğdu. Mustafa Kamal Paşanın 19 May səhəri Anadolu torpağına atdığı addım, yalnız bir əsgərin deyil, bütöv bir millətin taleyini dəyişdirən ilk addım oldu.

    19 May, Türk millətinin əsarəti rədd edib müstəqillik uğrunda ayağa qalxdığı gündür. Həmin gün Mustafa Kamalın rəhbərliyi ilə başlanan Qurtuluş Savaşının qığılcımı alovlandı, Anadolunun bağrında azadlıq məşəli yandı. Bu məşəl yalnız o dövrün mübarizəsini deyil, gələcəyə uzanan bir baxışın da təməl daşı oldu.

    Mustafa Kamal Atatürk 19 Mayı yalnız bir dönüş nöqtəsi kimi deyil, eyni zamanda gəncliyə duyduğu inamın ən güclü simvolu kimi görürdü. Məhz bu səbəblə 19 Mayı Gənclər və İdman Bayramı elan etdi və “Bütün ümidim gənclikdədir” sözləri ilə bu əmanəti gələcəyin memarlarına həvalə etdi. O, gəncliyə yalnız bir günü deyil, bir ölkənin gələcəyini, müstəqilliyini və dəyərlərini etibar etdi.

    Bu gün 19 Mayı qeyd etmək sadəcə bir bayram deyil; həm də bir şüur, bir vəfa və bir məsuliyyətdir. Bu tarix, gəncliyə verilən dəyərin, idmanla bədənin və ruhun tərbiyə olunmasının, millət olaraq yenidən doğuluşun simvoludur. İdmanın birləşdirici gücü ilə, gəncliyin enerjisi ilə bu bayram, keçmişin xatirəsini gələcəyin idealı ilə birləşdirən misilsiz bir irsdir.

    Hər 19 Mayda Samsunun sahilindən yüksələn o ümid işığını Türk milləti hər zaman ürəyində yenidən hiss etməli, Atatürkün gəncliyə olan inamını boşa çıxarmamaq üçün daha çox çalışmalı, daha çox yaratmalı və daha çox inanmalıdır.

    Çünki 19 May bir başlanğıcdır…
    Çünki 19 May – gəncliyin çiyinlərində yüksələn bir Türkiyədir…
    Çünki 19 May – Atatürkdür, müstəqillikdir, gələcəkdir.

    Qutlu olsun 19 May – Atatürkü Anma, Gənclər və İdman Bayramı!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR