AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

10 saylı Cəzaçəkmə Müəssisəsində əfv prosesi icra olunub

  • + A
  • - A
  • 26-05-2025, 16:59

    10 saylı Cəzaçəkmə Müəssisəsində əfv prosesi icra olunub

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

    Sərəncam bu cəzaçəkmə müəssisəsində ümumilikdə 8 nəfərə şamil olunub.

    Onlardan biri Gürcüstan vətəndaşıdır.

    Əfv sərəncamı şamil olunan şəxslərə arayışları millət vəkilləri, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya
    idarəsinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim ediblər.

    Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

    Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

    Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR