AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üçüncü zəvvar qrupumuz sabah Həccə yola düşəcək

  • + A
  • - A
  • 26-05-2025, 18:48

    Üçüncü zəvvar qrupumuz sabah Həccə yola düşəcək

    Üçüncü zəvvar qrupu sabah, yəni 27-i Həcc ziyarətinə yola düşəcək.

    Bu barədə Apa-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: "Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq".

    Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR