“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək.
Qəbul iyunun 20-da saat 10:00-da baş tutacaq.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.