AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərərçəkmiş şəxs: Ermənistan ordusunun “Smerç” raketini atması nəticəsində yaralandım

  • + A
  • - A
  • 30-05-2025, 15:33

    Zərərçəkmiş şəxs: Ermənistan ordusunun “Smerç” raketini atması nəticəsində yaralandım

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində “VAZ 21074” markalı avtomobillə Bərdə şəhərində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış “Smerç” raketi düşüb.

    O, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəlpə xəsarətləri alıb.

    “Bərdəyə çox sayda hücum oldu. “Smerç”ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölən, yaralanan oldu”, - zərərçəkmiş şəxs bildirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR