Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrotla telefonla danışıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Fələstin və Suriyadakı son prosesləri müzakirə ediblər.
Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ortaya qoyulan səylər barədə danışıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.