AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər Əmiri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

  • + A
  • - A
  • 3-06-2025, 18:57

    Qətər Əmiri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

    Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.

    Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.

    Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR