AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurban Bayramı: Paylaşdıqca Böyüyən Mərhəmət.. Masallıdan ucalan birlik və sevgi nümunəsi ..

  • + A
  • - A
  • 6-06-2025, 18:28

    Qurban Bayramı: Paylaşdıqca Böyüyən Mərhəmət.. Masallıdan ucalan birlik və sevgi nümunəsi ..


    Bakı/Masallı, 5iyun — Azadmedia.az


    İlahi mərhəmətin, insani duyğuların, qardaşlıq və paylaşma ruhunun ən uca zirvəyə çatdığı Qurban Bayramı, bu il də Masallıda mənəvi ucalıqla qarşılandı. İllərdir ki, adətə çevrilən və artıq gözlənilən bir ənənə var: Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və qayğısı ilə həyata keçirilən qurbanlıq əti paylama aksiyası, bu bayramda da minlərlə ailəyə sevinc, ruzi və ümid gətirdi.

    3,3 ton qurban əti – bu rəqəm sadəcə maddi göstərici deyil, o, içində 3,3 ton sevgi, mərhəmət və məsuliyyət daşıyır. Vəkil öz seçicisini sadəcə seçki dönəmlərində yox, hər mühüm gündə – bayramda, çətin anda, ehtiyac içində yad edir. Bu dəfə də 1600 nəfəri əhatə edən bu geniş miqyaslı humanitar təşəbbüs bir daha göstərdi ki, Məşhur Məmmədov üçün vəkillik vəzifə deyil, vicdan və xidmət missiyasıdır.

    Ədalətli bölgü prinsipi ilə şəhid ailələrinə, qazilərə və döyüşçülərə 3 kiloqram, aztəminatlı ailələrə isə 2 kiloqram olmaqla çatdırılan qurban payları sadəcə süfrələri yox, qəlbləri də bərəkətləndirdi. Bu paylar bir dilim ət deyil, bir ömür unudulmayacaq dəyər və diqqət simvoludur.

    Məşhur Məmmədovun bu təşəbbüsü həm də Qurban Bayramının fəlsəfəsini – “Allaha yaxınlıq, insana xidmət” prinsipini gözəl bir şəkildə təcəssüm etdirir. Qurban – sadəcə heyvan kəsmək deyil, içimizdəki mənəviyyatı oyatmaq, paylaşmaq, əl tutmaq və bir olmaqdır. Millət vəkili də məhz bu ruhla hər il olduğu kimi bu dəfə də bayramın mahiyyətini əməldə göstərdi.

    Masallı əhalisi bu addımı yalnız minnətdarlıqla deyil, fərəh və qürur hissi ilə qarşılayır. Çünki belə xeyirxahlıqlar təkcə bir fərdin deyil, bir bölgənin, bir xalqın mədəniyyətini, böyüklüyünü, birliyini əks etdirir.

    Bu mübarək günlərdə biz də bir daha dualarımıza mərhəmət, sülh və bolluq diləklərini qataraq bütün xalqımızın Qurban Bayramını təbrik edirik. Qoy hər evə ruzi, hər qəlbə sevinc, hər yola bərəkət dolsun!

    Bayramınız mübarək olsun!

    Sayğı ilə..
    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR