AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb

  • + A
  • - A
  • 9-06-2025, 11:00

    5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb

    Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb.

    Həmin sərəncama əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb.

    Tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnmiş eyni zamanda görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak etmişlər.

    Tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması üçün teatra dəvət olunmuş gənc rejissor Fuad Cavadzadəni quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

    Yeni səhnə əsərində teatr-studiyasının tələbələri ilə yanaşı teatrın peşəkar aktyorlarıda iştirak edəcək.

    Teatrın baş rejissoru Elşad Əhmədov və teatrın ədəbii hissə müdiri, tədris rəhbəri, teatrşünas Anar Bürcəliyev çıxış edərək hər kəsə uğurlar arzulayıb və bildiriblər ki, hər iki heyyətin qarşılıqlı tandemi əsasında hazırlanacaq tamaşa gənclərin debütü olmaqla yanaşı peşəkar aktyorlarla səhnəyə uyğunlaşması, onlarda məsuliyyətin artırılması, eyni zamanda səhnə sərbəstliyinin formalaşmasına kömək edəcək.

    Tamaşanın premyerası haqqında məlumat veriləcək..



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR