AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir

  • + A
  • - A
  • 20-06-2025, 12:12

    Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir

    Moskva ehtiyat edir ki, Ermənistanın avrointeqrasiyasının dərinləşməsi onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxara bilər.

    Bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı bildirib.

    "Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər Avropa İttifaqına daxil olacaqsa, bəli. Çünki Brüsseldə sizdən tələb olunacaq ki, hava məkanını bağlayın və sizin də seçiminiz olmayacaq" - o bildirib.

    A.Overçuk İrəvanı avrointeqrasiyanın bütün incəliklərini daha dərindən tədqiq etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR