AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov İstanbulda Ermənistanla sülh prosesi barədə danışıb

  • + A
  • - A
  • 21-06-2025, 18:58

    Ceyhun Bayramov İstanbulda Ermənistanla sülh prosesi barədə danışıb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasının iştirakçılarını münaqişədən sonrakı dövrdə Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb.

    İclasda çıxış edən nazir azad edilmiş ərazilərdə bərpa prosesi və münaqişədən sonrakı dövrdə Azərbaycanın sülh səyləri barədə danışıb.

    Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir, Ermənistan konstitusiyasında Azərbaycana qarşı qalan ərazi iddialarının yekun sülh sazişinin imzalanması yolunda maneə olduğunu vurğulayıb.

    C.Bayramovun sözlərinə görə, sülhə gedən yolda digər bir çağırış Ermənistanın keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq vermək istəməməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR