AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda sabiq nazir vəfat edib

  • + A
  • - A
  • 12-07-2025, 15:32

    Azərbaycanda sabiq nazir vəfat edib

    Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

    Bu barədə digər eks-rabitə naziri Sirus Abasbəyli bildirib.

    Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisi idi.

    Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib.

    Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilib. 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışıb. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub. 1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.

    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR