AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

  • + A
  • - A
  • Dünən, 18:09

    FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

    Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir.

    Bu barədə FHN məlumat yayıb.

    Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

    Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR