AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial şəbəkədə qadınları şantaj etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

  • + A
  • - A
  • 23-12-2025, 16:03

    Sosial şəbəkədə qadınları şantaj etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj etməkdə təqsirləndirilən Yaşar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yaşar Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, araşdırmalarla Y.Məmmədovun qadınların sosial şəbəkədəki fotolarını istifadə etməklə şantaj etdiyi məlum olub. O, zərərçəkənlərin sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb.
    Bir sıra vədlərlə qadınların ümumilikdə 5 min manata yaxın pulunu ələ keçirib.

    Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR