AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - Video

  • + A
  • - A
  • 16-03-2026, 18:18

    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - Video

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 16-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

    Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

    Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR