AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qoşqar Təhməzli Qusarda vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 19-03-2026, 13:14

    Qoşqar Təhməzli Qusarda vətəndaşları qəbul edəcək

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 20-si saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

    Bu barədə AQTA məlumat yayıb.

    Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq aprelin 19-dək qəbula yazıla bilərlər.

    Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR