AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: "Turan Tovuz" "İmişli" ilə, "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək

  • + A
  • - A
  • 6-04-2026, 09:13

    Premyer Liqa: "Turan Tovuz" "İmişli" ilə, "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək

    Misli Premyer Liqasında XXVI turun daha iki oyunu bu gün keçiriləcək.

    Günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək.

    Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək.

    Tovuz təmsilçisi 48 xalla üçüncü pillədə qərarlaşıb. "İmişli" 22 xalla doqquzuncudur.

    Günün ikinci matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

    Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

    Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR