AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub

  • + A
  • - A
  • 6-04-2026, 16:13

    Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub


    Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.

    Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

    Bildirilib ki, son günlər ölkənin Şimal-qərb zonasına yağan güclü leysan yağışları rayon ərazisindən axan Talaçay, Muxaxçay və digər dağ çaylarında sululuğu artırıb. Bu isə ətraf ərazilər üçün sel təhlükəsi yaradıb. Hazırda daşqın ehtimalı olan Yolayrıc və Üçüncü Tala kəndləri ərazilərinə ağır texnikalar cəlb olunub.

    Bundan başqa, çayların keçdiyi Göyəm, Dardoqqaz, Aşağı Çardaqlar, Yuxarı Çardaqlar, Paşan, Əliabad, Yeni Suvagil, Çobankol, Qımır və Mamrıx kəndlərinin mühafizəsi üçün məcra nizamlama və sahil bərkitmə işləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR