Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də, saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbul aprelin 24-də olacaq.
Nazir əvvəlcədən elan olunduğu kimi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.