Türkiyədən Qara dənizdəki hərbi əməliyyatlara moratoriumla bağlı rəsmi təkliflər almamışıq.
Bu barədə ölkənin xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Son vaxtlar biz müxtəlif növ moratoriumlar, atəşkəslər barədə çoxlu çağırışlar eşidirik. Bu ideyalar müxtəlif kanallar vasitəsilə səsləndirilir, lakin biz heç bir rəsmi təklif almamışıq", - nazir müavini deyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirmişdi ki, Ankarada Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər və hərbi əməliyyatlara moratorium qoyulması barədə təklifi Rusiya və Ukraynaya təqdim ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.