AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

  • + A
  • - A
  • Bu gün, 18:20

    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

    Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

    Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və "VAZ 2107" aşaraq yolun sağ və sol kənarlarına düşüblər.

    Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR