AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vergi müfəttişi sahibkardan rüşvət almaqda ittiham olunur

  • + A
  • - A
  • Bu gün, 11:50

    Vergi müfəttişi sahibkardan rüşvət almaqda ittiham olunur

    Gəncədə sahibkardan rüşvət almaqda şübhəli bilinən Dövlət Vergi Xidmətinin əməkdaşı həbs edilib.

    Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Vergi Xidmətinin yaydığı birgə məlumata görə, faktla bağlı cinayət işi başlanıb.

    İstintaqla müəyyən edilib ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət vergi müfəttişi Rüfət Alıyev 2026-cı ilin sentyabrında Gəncədə vergi yoxlaması apardığı sahibkardan daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alıb.

    Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittiham elan olunub.

    Məhkəmənin qərarı ilə Rüfət Alıyev barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR