AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

  • + A
  • - A
  • Bu gün, 09:06

    Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

    Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir.

    Bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefon danışığı baş tutub.

    Qeyd olunub ki, əməliyyat bir neçə ölkənin və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçiriləcək. Söhbət zamanı tərəflər həmçinin Salvador missiyasının Haiti ərazisindəki gələcək fəaliyyətini də müzakirə ediblər.

    Bukele Salvadorun Karib hövzəsi ölkəsində təhlükəsizliyin təmin edilməsinə və cinayətkar qruplaşmalarla mübarizəyə yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

    Bukele girovların azad edilməsi üzrə hərbi əməliyyatın başladığını oktyabrın 22-də elan edib. O, qaçırılan şəxslərin sağ-salamat azad edilməyəcəyi təqdirdə, qruplaşma liderlərini sərt tədbirlərlə hədələyib.

    Hücum oktyabrın 18-də Port-o-Prensin şəhərətrafı qəsəbəsi olan Krua-de-Bukedə baş verib. Tibbi təxliyə üzrə beynəlxalq missiyada iştirak edən və döyüş əməliyyatlarına cəlb olunmayan salvadorlu aviasiya texniklərinin zirehli avtomobili pusquya düşüb və partlayışdan sonra alovlanıb. Maşını tərk edən mütəxəssislər əsir götürülüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR