AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maska taxmayanlar cərimələnəcək - Qanun qəbul edildi

  • + A
  • - A
  • 31-05-2020, 12:26

    Maska taxmayanlar cərimələnəcək - Qanun qəbul edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

    Azadmedia.az xəbər verir ki, layihədə sanksiyalar nəzərdə tutulub.

    Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbələrin pozulmasına görə cərimələr müəyyənləşib.

    Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

    Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

    Deputat Fazil Mustafa təklif edib ki, qanun yalnız fiziki şəxslərə şamil edilsin.

    Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, qanun layihəsi vacibdir və insanların səhhətinin qorunmasına xidmət edir. O, deyib ki, koronavirusla mübarizədə ən təhlükəli meyil bu xəstəliyin olmasına inanmamaqdır.

    Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR