AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada son sutkada COVID-19-a 400-dən çox insan yoluxub

  • + A
  • - A
  • 6-06-2020, 09:15

    Almaniyada son sutkada COVID-19-a 400-dən çox insan yoluxub

    Son bir gün ərzində Almaniyada koronavirusdan 33 nəfər ölüb.

    AzadMedia.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

    İnstitutun məlumatına görə, ötən sutka ölkədə COVID-19-a yoluxanların sayı 407 nəfər artıb.

    Qeyd edilir ki, AFR-də bütün vaxt ərzində virusa 183 678 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 8 646 pasiyent ölüb. Bununla yanaşı, 168,9 min xəstə sağalıb.

    Təhlükəli virusa ən çox yoluxma Bavariyada aşkarlanıb. Burada 47 326 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Şimal Reyn-Vestfaliyada 38 524 nəfər və Baden-Vürtemberqdə 34 898 insan virus daşıyıcısı kimi qeydə alınıb. Berlində virusa yoluxma ilə bağlı 6 964 hal təsdiqlənib. 

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR