AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Babək qəsəbəsinə şəhər statusu verilir

  • + A
  • - A
  • 8-06-2020, 14:44

    Babək qəsəbəsinə şəhər statusu verilir

    İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. 

    AzadMedia.az xəbər verir ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.

    Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvanın Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub. 

    Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR