Şimali Osetiya “Azərbaycanlılar Konqresi”nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədovun təşkilatçılığı ilə Azərbaycanın Tovuz rayonunda həm hərbçilərin, həm də mülki şəxslərin həlak olmasına səbəb olan, Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən zorakılığın artmasını qətiyyətlə pisləyən, təcavüzkar hərbi siyasətə və təxribata dərhal son qoymağa çağıran tədbir keçirilmişdir. Tədbirdə sədr Murtaza Gülməmmədov, Konqresin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyev, Gənclər Təşkilatının sədri Zaur Mamedov, Konqresin mətbuat xidmətinin rəhbəri Elçin Şükürün, diospora üzvülərindən Ruslan Bədəlovun, Sadiq Bayramovun və s. iştirak etmişdir. Tədbiri giriş sözü ilə Şahin Məmmədov açaraq Erməni vəhşiliyindən danışıb, beynəlxalq qurumların ikili siyasətindən danışdı.
Azərbaycanın Tovuz rayonunda həm hərbçilərin, həm də mülki şəxslərin həlak olmasına səbəb olan, Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən zorakılığın artması səbəbi ilə həm Respublika daxilində, həm də ölkəmizdən kənarada diaspora təşkilatları tərəfindən təcavüzün dünya birliyinə çatdırılması çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Ermənistan Respublikasını təcavüzkar hərbi siyasətə və təxribata dərhal son qoymağa çağırılan bəyanatlar qəbul edilir.
Ermənistan-Azərbaycan sərhəddində son qarşıdurmalarla əlaqədar Şimali Osetiya-Alaniya Respublikasında fəaliyyət göstərən “Azərbaycanlılar Konqresi” bəyanat yayıb. Bəyanatda, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tovuz rayonu istiqamətində sərhədyanı kəndlərini atəşə tutulmasına, bu aqressiya nəticəsində dinc əhali və hərbçilər arasında ölən və yaralananların olmasına münasibət bildirərək ermənilərin təcəvüzkar niyyətlərini kəskin şəkildə tənqid etmiş, Şəhidlərimizə Allahdan rəhmət diləmiş, onlarn doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermişdilər.
Bəyanatda dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, BMT-yə müraciət edilərək təcavüzkara qarşı konkret sərt addımlar atılması, beynəlxalq hüquq normalarına uyğun ciddi sanksiyalar tətbiq etməklə bağlı kəskin mövqe ortaya qoyulması tələb olunub. Bəyanatda qeyd edilir ki, Ermənistan ordusu dinc sakinləri qətlə yetirməklə müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bu Konvensiyanı imzalamış ölkələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin seyrçi mövqe sərgiləməsi pislənilib, həmçinin vəziyyətin bu cür davam edəcəyi təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək haqqını özündə saxlaması bəyanatda əksini tapıb. Bunlarla yanaşı Konqresin rəhbərliyi və tədbir iştirakçıları Azərbaycan xalqına da müraciət etmişdirlər.
BƏYANAT
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və dinc mülki əhalinin yaşadığı məntəqələri atəşə tutmuş. Bu cəhdin qarşısı Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli əsgər və zabitləri tərəfindən qətiyyətlə alınmışdır. Düşmənin xain həmləsinin qarşısının alınması zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Bununla kifayətlənməyən mənfur düşmən Azərbaycanın Tovuz, Qazax və Goranboy rayonu ərazisində yaşayan mülki əhalini ağır çaplı silahlardan, artilleriya qurğularından atəşə tutmuş, 1 mülki vətəndaşımızı qətlə yetirmiş, evlərə, təsərrüfatlara ciddi ziyan vurmuşdur.
Atəşkəsin tələblərini kobud surətdə pozaraq Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri Ermənistan dövlətinin təcavüzkar siyasətini və beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymamasını bir daha nümayiş etdirir. Bu günədək erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və tamamən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə açıq-aşkar hörmətsizlik və saymazlıq nümayiş etdirən işğalçı Ermənistan sonuncu təxribat əməli ilə BMT Baş katibinin COVID-19 pandemiyası ilə əlaqədar olaraq qlobal atəşkəs təşəbbüsünə qarşı da mövqeyini ortaya qoymuş oldu. İşğalçıya qarşı alternativ tələblər bütün beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul olunmuş sənədlərində, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci ildə qəbul etdiyi 1416 saylı və Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi 2216 saylı qətnaməsində əksini tapsa da, təcavüzkar dövlət azğınlıq nümayiş etdirməklə beynəlxalq normalara və sənədlərə açıq-aşkar meydan oxumaqda davam edir.
Ermənistan ordusu dinc sakinləri qətlə yetirməklə müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bu Konvensiyanı imzalamış ölkələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin seyrçi mövqe sərgiləməsi pislənilib, həmçinin vəziyyətin bu cür davam edəcəyi təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək haqqını özündə saxlamasını Ermənistan hökumətinin və beynəlxalq təşkilatların diqqətinə açıq şəkildə bəyan edirik.
Buna görə də biz Ermənistan Respublikası rəhbərliyini gələcək eskalasiyanın qarşısını almaq üçün dərhal Azərbaycan ilə sərhəddə bütün hərbi əməliyyatlara və silahlı qarşıdurmalara son qoymağa, atəşkəs rejimini bərpa etməyə və gərginliyi artıran hər hansı addımlardan çəkinməyə, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü kimi beynəlxalq norma və prinsiplərə müvafiq olaraq münaqişənin dərhal həlli ilə əlaqədar öhdəliklərini icra etməyə çağırırıq.
Əziz həmvətənlər!
Bu gün Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir. Bununla yanaşı, bəyan edirik ki, Azərbaycan xalqının mütləq əksəriyyəti kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan Silahlı Qüvvələrinin yanındayıq və düşmənə qarşı mübarizdə hər cür fədakarlığa, düşmənlə son damla qanımızadək döyüşməyə, Vətən uğrunda şəhid olmağa hazırıq.
Bu gün düşmən bizimlə təkcə döyüş meydanında savaşmır, o bütün vasitələrdən istifadə edərək aramıza nifaq salmağa, Azərbaycan xalqının öz müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyini zədələməyə, qarşıdurma yaratmağa cəhd göstərir. Bizim düşmənə ən layiqli cavabımız milli birliyimizin, həmrəyliyimizin qorunub saxlanılmasıdır.
İyulun 14-də xalqımızın dövlətə, orduya dəstək məqsədilə keçirdiyi aksiyalardan sui-istifadə edərək təxribat törətməyə cəhd göstərənlər, insanların saf niyyətlərindən öz çirkin məqsədləri üçün yararlanmağa çalışanlar Vətən xainləridir və onlar ən sərt şəkildə cəzalandırılmalıdırlar!
Xalıqmıza, dövlətimizə, mübarizə əzmimizə, həmrəyliyimizə qarşı atılan bütün təxribat xarakterli addımları qətiyyətlə pisləyir, həmvətənlərimizi ayıq-sayıq olmağa çağırırıq.
Təxribatlara uymayaq, təxribatçılara yerlərini göstərək!
Biz mütləq qalib gələcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyik!”
Şahin Məmmədov – “Azərbaycanlılar Konqresinin” fəxri prezidenti;
Murtuza Gülmamedov – “Azərbaycanlılar Konqresinin” sədri;
Elçin Şükür – “Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri;
Sadiq Bayramov – jurnalist;
Mamedov Azer – konqres üzvü;
Necefov Hesen – konqres üzvü;
Quliyev Tofiq – konqres üzvü;
Ismayilov Zakir – konqres üzvü;
Namazov ibrahim – konqres üzvü;
Muxtarov Ilyas – konqres üzvü;
Qasanov Marif – konqres üzvü;
Rustamov Vahid – konqres üzvü;
Rehmanov Hebib – konqres üzvü;
Ismayılov Yasar – konqres üzvü;
Abdulov Aqil – konqres üzvü;
Elçin ŞÜKÜR,
“Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri
Korrupsiya.info