AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRK DÜNYASININ SARSILMAZ BİRLİYİNİ NOTLARA DÜZƏN SEVİMLİ BƏSTƏKARIMIZ

  • + A
  • - A
  • 1-12-2020, 21:30


    Tanınmış bəstəkar Sevinc Tofiqqızının daha bir vətənpərvərlik ruhunda bəstələnmiş əsəri ictimaiyyətə təqdim olundu.

    Bu əsər haqqında bəstəkarın özünün AMİA.AZ-a açıqlamasını oxucularımıza təqdim edirik . Dünya şöhrətli tanınmış bəstəkar açıqlamasına bu sözlərlə başladı: "Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun rəşadətli Azərbaycan əsgərinə! Qarabağ Azərbaycandır!

    Vətənpərvərlik ruhunda mahnımız və klipimiz
    “Azərbaycan Qarabag zəfəri” adlanır. Mahnının
    sözləri Türkiyənin ən məşhur müğənnilərindən biri olan Orhan Çakmaka məxsusdur.

    Azərbaycanın Qarabağda qazandığı zəfər bizdə olduğu qədər Türkiyədə də sevinclə qarşılandı.
    27 illik vətən həsrəti və sonunda qazanılan büyük zəfər Türkiyəni də ayağa qaldırdı.
    Türkiyədəki hər bir Türk Qarabağ zəfərinə ən az bizim qədər sevindi, sevinc gözyaşları tökdü. Zəfər mahnıları oxudu, şeirlər yazdı,
    Türkiyənin ən məşhur müğənnilərindən biri olan ORHAN ÇAKMAK kimi.
    Özəlliklə Türkiyə, Bosna Hersoqovina ve Qazaxıstanda tanınan Orhan Çakmak mənim bəstələdiyim Qarabağ zəfər marşımı səsləndirdi.
    Türkiyə və Bosna Hersoqovina medyasında böyük sevinclə qarşılanan Marş, Türkiyənin ən böyük kanallarında yayımlandı.
    Bu marşla Azərbaycanımızın sevincinə bütün Türkiyə ve Bosna Hersoqovina ortaq oldu.
    İndi də Orhan Çakmakın səsləndirdiyi Qarabağ zəfəri mahnısını Azərbaycan mediyası ilə paylaşıram. Xeyirli olsun.
    Zəfərimiz mübarək. Bu marşı Azərbaycan və Türkiyə, bir millət, iki Dövlət olan Türk xalqına ithaf edirəm. Bundan sonra da Orhan Çakmaqla iş birliyimiz davam edəcək. Qarabağ Azərbaycandır! Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!"
    Hörmətlə bəstəkar Sevinc Tofiqqızı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR