AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"General Polad Həşimov ölməyib, həmişə qəlbimizdə yaşayacaq" - Sevinc Tofiqqızı

  • + A
  • - A
  • 8-10-2020, 21:49



    Bütün dünyanı bürüyən koronavirus dəhşəti ilə yanaşı ölkəmiz müharibə ilə də üzləşməli oldu. Müharibə dedikdə gözümüzün qabağına dağıntı, yaralılar, rəhmətə gedənlər gəlir. Amma söhbət vətən torpağının işğaldan azad olunmasından getdikdə müharibə şərəfli görünür. Şanlı ordumuz günbəgün zəfər dolu xəbərlərlə bizi sevindirir. Belə bir vaxtda arxa cəbhədə dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini çatdırmaq hər bir Azərbaycan ziyalısının müqəddəs borcudur.
    Türk dünyasının sevimli Vətənpərvər tanınmış bəstəkarı , bir çox kompozisiyaların, əsərlərin müəllifi Sevinc Tofiqqızı məhz bu sahədə öndə gedən ziyalılarımızdandır.
    Bəstəkarın mahnılarında, kompazisiyalarında həmişə vətən sevgisi ön planda olub.
    Sevinc xanımın yeni ərsəyə gələn "General Polad" əsəri və həmin bəstəyə çəkilmiş klip dünya ictimaiyyətinin nəzərini bir daha Azərbaycan həqiqətlərinə, vətənpərvər oğullarımızın bu vətən üçün canlarından keçməyə hazır olmalarına, erməni vəhşiliyinin pik həddə çatmasına və şanlı Ordumuzun şücaətinə yönləndirmişdir. Sözləri Baba Vəziroğluya məxsus olan mahnını Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü Cahangir Qurbanov səsləndirmişdir. Klipin rejissoru İntiqam Dadaşov, aranjıman edəni Fəraim Sadiq, səs rejissoru Vasif Adıgözəlovdur.
    Klip ilk dəfə İraq TV Kərkükdə, TRT•TV-də yayımlandı. TRT•TV-nin rəhbəri Türkeş Salihiyə təşəkkür edən Sevinc Tofiqqızı bu klipin bütün türk dünyasında yayımlanacağını demişdir.
    Klip çəkilişi zamanı sevimli bəstəkarımız Azərbaycan üçün canından keçən generalımız Polad Həşimovun anasını ziyarət etmişdir. Görüş zamanı Sevinc xanım kövrələrək Polad Həşimov və digər şəhidlərimizin ölmədiyini və onların daim qəlbimizdə yaşayacağını qeyd etmişdir.

    Biz də sevimli bəstəkarımıza yeni-yeni sənət uğurları arzu edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR