AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vətən müharibəsi dövründə ölkə başçımız bütün siyasi təzyiqlərə sinə gərməyi bacardı” – Rektor

  • + A
  • - A
  • 3-12-2020, 21:00


    Dünən Zəfər Qələbəsi və Anım günü ilə bağlı verilən sərəncamlar, bu gün şəhid, yaralı və itkin düşən igidlərimizin sayının açıqlanması kədərlə sevinci özündə ehtiva edib. İtkilərimiz bizi nə qədər kədərləndirsə də, ortada nəticənin – Qələbənin olması, torpaqlarımzın geri alınması, 3 rayonun itkisiz, cənab Prezidentin peşəkar diplomatiyası sayəsində işğaldan azad olunması qürurumuzu artırır, qələbə qazanmış məğrur xalqın hiss etdiyi hissləri yaşadır bizə.

    Bunu Azadmedia.az saytına ADAU-nun rektoru İbrahim Cəfərov deyib.

    İ.Cəfərof bildirib ki, 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, qətiyyəti, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Ölkə başçımız prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etdi, məhz onun siyasətdə peşəkarlığı bizi qələbəyə doğru aparırdı:
    “Ölkənin bütün gücü həm siyasi arenada, həm döyüş zonasında, həm də informasiya müharibəsində Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında qeyd etdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən kənarda saxlayıb. Cənab Prezidentin apardığı siyasət nəticəsində Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bütün bunlar ondan xəbər verir ki, ölkə olaraq qazandığımız qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətin nəticəsi də mühüm rol oynadı”.
    Rektor vurğulayıb ki, elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, tarixi qələbə qazanıldı.
    Müharibənin öz qanunları var. Ordu üçün hücum etməklə yanaşı, geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmadı ki, Ali Baş Komandanın rəhbərliyi altında irəliləyən ordumuz haradasa geriyə çəkilsin. Müharibə dövründə Azərbaycan Ordusunun peşəkarlığı, və vəziyyəti nəzarətdə saxlaması hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağı ilə hərb tarixində yeni salnamənin başlanğıcını qoydu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və mütləq qələbə qazanacağından doğan əminlikdən qaynaqlanırdı.
    Qürurla deyə blərəm ki, Vətən Müharibəsində ADAU-nun onlarla tələbə və məzunu, əməkdaşı iştirak etdi. Təhsil ocağımızın qalib əsgərləri ilə yanaşı, həm şəhidi, həm qazisi var. Şəhidlərə Allahdan rəhmət, yaralılara can sağlığı diləyirəm. Zəfərlə geri dönən igidlərimizə tam heyət adından təşəkkürümü bildirirəm.
    Bildiyimiz kimi sabah saat 12.00-da Şəhidlərimiz ölkənin hər bir nöqtəsində 1 dəqiqəlik sükutla yad ediləcək, anılacaq. İnanıram ki, hər kəs bizə bu qələbəni canları, qanları bahasına yaşadanların xatirəsini sükutla yad edəcək, onların xatirəsini ehtiramla yad edəcəklər.
    Qarşıda bizi gözəl günlər gözləyir. İşğaldan azad olunmuş yerləri cənnətməkana döndərəcəyik, oraların hər qarış torpağı şəhidlərimizin qanı ilə yoğrulub. Biz o torpaqlarda quruculuğu, yaşayışı bərpa edib, müqəddəs ziyarətgahlar kimi qarış-qarış gəzdikcə şəhidlərimizin də ruhu şad olacaq.
    Heç vaxt Zəfər günümüz olmayıb. Bizə bu gözəl, qürurlu səslənən qələbəni bəxş etdiyi üçün Ali Baş Komandana və onun Müzəffər Ordusuna təşəkkür edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR