AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğandan Bakıya gözlənilən səfəri ilə bağlı VACİB AÇIQLAMA

  • + A
  • - A
  • 4-12-2020, 17:50




    “Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır və 28 ildir ki, işğal altında idi”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscid muzeyində çıxış edərkən bildirib.

    O, bu reallığı ABŞ-ın da, Rusiyanı da qəbul etdiyini vurğulayıb:

    “Fransa da qəbul edirdi. İndi isə fərqli yollara baş vurublar. Azərbaycanlı qardaşlarımız öz göbəklərini kəsdi və vəziyyət indiki hala gəldi. Xeyirli olsun deyirəm”, - deyə o əlavə edib.

    Türkiyənin dövlət başçısı, həmçinin 8 dekabrda Bakıya gələcəyini deyib.

    “Mən də Bakıdakı tədbirə həyat yoldaşım ilə birlikdə qatılacam”, - deyə o, vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR