AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karantini pozaraq, ad günü keçirən direktorun vəzifəsini o icra edəcək - Nazirdən ƏMR

  • + A
  • - A
  • 11-01-2021, 13:59




    Karantin qaydalarını pozaraq? özünə ad günü keçirdiyi üçün vəzifəsindən azad edilən direktorun vəzifəsi başqa şəxsə həvalə olunub.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

    Onun əmrinə əsasən, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Tural Həşimov Bakı şəhəri 187 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib.

    Xatırladaq ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR